Polis əməkdaşları avqustun 15-də Cəlilabad şəhərində yanğın hadisələri törədən şəxsləri müəyyənləşdirib.
Bu barədə Far.Az-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla yanğınların 1997-ci il təvəllüdlü Ş.Əliyev tərəfindən əkin sahəsinin, 1971-ci il təvəllüdlü M.Xudaşov tərəfindən isə məişət tullantıllarının yandırılması ilə törədildiyi məlum olub.
Nəticədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Hər iki şəxs məsuliyyətə cəlb olunub.