BAKI, 15 avqust. TELEQRAF
Türkiyənin Muğla bölgəsində AKP-dən olan sabiq millət vəkili Əli Boğa yolu keçmək istəyərkən, avtomobilin vurması nəticəsində dünyasını dəyişib.
Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 76 yaşlı sabiq deputat piyada keçidində vurulub.
Ə.Boğanın cəsədi ilkin müayinədən sonra morqa aparılıb.
Qəza törədən sürücüsünün saxlanıldığı bildirilir.