AZ

Gələn zəngi açmayanlara çağırış: Telefonu mağazaya qaytarın, ya da ehtiyacı olana hədiyyə verin Video

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Tanıdığım bəzi insanlara səslənirəm: Telefonunuzu aldığınız mağazaya qaytarın, ya da ehtiyacı olan kiməsə hədiyyə verin.

Zəngi açmırsınızsa, mesajı cavablamırsınızsa telefon nəyinizə gərək. Ünsiyyət qurmaq, xəbər almaq üçün telepati istedadımızı inkişaf etdirək. Telefon sadəcə suvenir kimi cibdə, masada, maşında, "o biri otaq"da qalırsa...

Daha danışmağa ehtiyac yoxdur. Onsuz da, zəng gələndə açmırsınız. Bir halda ki, o yaşıl rəngli telefon işarəsinə toxunmaq bu qədər çətin gəlirsə, telefonu işlətmə bacarığı olan birinə hədiyyə verin. Ən azından kiməsə faydanız toxunar.

Tanınmış ixtiraçı Qraham Bell gecə-gündüz gözünün nurunu töküb, gələcəyi dəyişən bir icad ortaya çıxarıb. Əgər telefona gələn zəngi açmayacaqsınızsa, o zəhmətkeş kişinin əziyyətini yerə vurmayın. Qraham Belldən əvvəlki tarixi yaşamaq istəyirsinizsə, şəxsi seçiminizdir. Ancaq bu seçimin cəfasını sizə zəng edənlər çəkməməlidir. Barı bir dəfə o zəngi açıb xəbər verin. Sizə zəng edən o məsum, günahsız insana 20-ci əsrdə yaşamaq istəmədiyinizi bildirin. Ən azından bunu bircə dəfə edin. O zəngə bircə dəfə cavab verin...

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
bizimyol.info

1Mənbələr