AZ

Tramp Alyaskadan Vaşinqtona tez qayıda bilər

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində keçiriləcək danışıqların "çox yaxşı" keçəcəyini düşünür.

Oxu.Az-ın xəbərinə görə, bunu Tramp Vaşinqtondan Ankoricə uçan təyyarənin göyərtəsində "Fox News" telekanalına müsahibəsində deyib.

Bununla yanaşı, o, bir daha vurğulayıb ki, əgər indiki ABŞ-Rusiya sammiti uğurlu olmasa, Vaşinqtona tez qayıtmağa hazırdır.

Ağ Evin rəhbəri əlavə edib ki, Ukraynada atəşkəsin tez bir zamanda əldə olunmasını istəyir:

"Əgər bu alınmasa, narazı qalacağam. Mən sadəcə insanların öldürülməsinin dayandırılmasını istəyirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
oxu.az

2Mənbələr