BAKI, 15 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynada tezliklə atəşkəs əldə etmək istəyir.
Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, Amerika lideri Rusiya Prezidenti Vladimir Putinlə görüşündə nəyin uğurlu olacağını bilmədiyini etiraf edib.
Tramp bildirib: "Heç nə əvvəlcədən müəyyən edilməyib. Bunu sizə deyə bilmərəm. Mən atəşkəs istəyirəm. Bu gün atəşkəslə bağlı razlıq olmasa, xoşbəxt olmayacam”.
Qeyd edək ki, bu gün Rusiya və ABŞ prezidentləri Alyaskadagörüşəcəklər. Danışıqların əsas mövzusu Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasıdır.