Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Əsəd Məmmədovu avtomobil vurub.
Yaralı yaxınlıqdakı xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.