AZ

İsveçdə məscidin yaxınlığında silahlı insident olub, bir nəfər ölüb - YENİLƏNİB

Bu gün səhər saatlarında İsveçin Örebro şəhərinin Vivalla rayonunda məsciddə baş verən atışma nəticəsində bir nəfər ölüb.

APA xəbər verir ki, bu barədə "Dagens Nyheter" qəzeti məlumat yayıb.

Məlumatda atışma zamanı 25 yaşlı gəncin həlak olduğu, daha bir nəfərin yaralandığı bildirilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.

***

17:53

İsveçin Orebro şəhərində məscidin yanında baş verən atışma nəticəsində 2 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bununla bağlı “SVT” kanalı məlumat yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti məlum deyil.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Seçilən
12
4
apa.az

5Mənbələr