AZ

Şəhid mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib

Antiterror əməliyyatı zamanı şəhid olan mayor Nəcəfi Elxanın anası Afət Nəcəfi uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

QHT.az xəbər verir ki, Afət  Nəcəfilin həyat yoldaşı Şükür Nəcəfi də 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam döyüşlərində şəhid olub.

Qeyd edək ki, 1986-cı il 14 aprel tarixində Ağdam rayonunun Yusifcanlı kəndində anadan olan Elxan Nəcəfi orta təhsilini Bakıda 196 saylı tam orta məktəbdə alıb, daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsi ilə Silahlı Qüvvələrdə xidmətə başlayıb. Vətən müharibəsi iştirakçısı olan Elxan Nəcəfi Füzuli, Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib. O, 20 sentyabr 2023-cü ildə Xocavənd istiqamətində keçirilən lokal antiterror tədbirləri zamanı şəhid olub və İkinci Fəxri Xiyabanda dəfn edilib. Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

 

Pərvanə Fərhadqızı

Seçilən
6
qht.az

1Mənbələr