AZ

Pakistanda helikopter qəzası: Ölənlər var

BAKI, TurkicWorld, Səməd Əyyubov

Pakistanın şimal-qərbində helikopter qəzaya uğrayıb.

TurkicWorld xəbər verir ki, bu barədə “Reuters” agetliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində ikisi pilot olmaqla beş ekipaj üzvü həlak olub.

Qəzanın səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, hazırda Pakistanda güclü leysan yağışlar davam edir. Ölkənin bir çox bölgəsində evlər və nəqliyyat infrastrukturu dağılıb, baza stansiyaları zədələnib, bu da mobil rabitədə fasilələrə səbəb olub.

Seçilən
24
turkic.world

1Mənbələr