Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə Maqadandan ABŞ Prezidenti Donald Trampla görüşün baş tutacağı Alyaska ştatının Ankoric şəhərinə yola düşüb.
AFN.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər yayıb. Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Maqadandan uçuş əvvəlcədən planlaşdırılıb və Rusiya liderini daşıyan təyyarə Alyaskada yerli vaxtla tam 11:00-da enəcək. Prezident Putini qarşılayan şəxs isə Donald Tramp olacaq.
Peskov vurğulayıb ki, Alyaskaya səfər zamanı Putin qarşıdakı sammitin müxtəlif mövzuları – Ukrayna məsələsinin həllindən tutmuş Rusiya–ABŞ münasibətlərində gərginliyə səbəb olan məsələlərədək – materiallar üzərində işləyəcək.
Onun sözlərinə əsasən, müzakirə olunacaq mövzulara mümkün iqtisadi əməkdaşlıq layihələri, regional və beynəlxalq məsələlər daxil olmaqla, geniş spektrli məsələlər daxildir.