AZ

"Heç kim deyə bilməz ki,  "Karvan"ı asanlıqla məğlub edəcəyik" - Azər Həşimov

"Karvan-Yevlax" Azərbaycan Premyer Liqasının 1-ci turunda Şamaxı şəhər stadionunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Azər Həşimov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk oyun həmişə çətin olur. Meydanda bərabər mübarizəgetdi. Bu gün 1 xal qazandıq. "Qəbələ"yə uğurlar arzulayıram. Mənim məşqçi olmağımda bu klubun əməyi böyükdür.

- Premyer Liqada məşqçi kimi debüt etdiniz. Hissləriniz necədir?

- Hər rəqibə qarşi əzmkar oynayan komanda formalaşdırmağa çalışmışıq. Futbolçu vaxtı neçə olmuşamsa, məşqçi kimi də eləyəm. Futbolçulara aşılayıram ki, rəqibdən çəkinməsinlər. Şükürlər olsun ki, bu gün 1 xal qazandıq.

- Araz Abdullayev oynamağa hazırdır?

- Rəqib Arazı start heyətində gözləyə bilərdi. Buna görə onu ilk 11-likdə oynatmadıq. İndi tam hazır deyil. Gələcəkdə daha yaxşı formada olacaq.

- "Karvan"ın hədəfi nə olacaq?

- Hədəfimiz Premyer Liqada yerimizi möhkəmləndirmək və rəqiblərdən çəkinməyən, əzmkar komanda formalaşdırmaqdır. Bacardığımız qədər daha yüksək yerdədə olmağa çalışacağıq.

- Əlinizdə olan heyətlə hədəfə çatmaq mümkün olacaq?

- Düşünürəm ki, olacaq. Heç kim deyə bilməz ki,"Karvan"ı asanlıqla məğlub edəcəyik.

- Qapıçının performansını necə dəyərləndirirsiniz?

- Tək qapıçı yox, futbolçularımız hamısı yaxşı oynadılar. Çempionat uzun marafondur, digər qapıçılara da şans düşəcək.

Seçilən
17
6
sportinfo.az

7Mənbələr