AZ

Hümayun türbəsinin günbəzi uçdu - 5 nəfər öldü

Hindistanın Yeni Dehli şəhərindəki məşhur Hümayun türbə kompleksinin günbəzi uçub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb. Dağıntılar altında qalanların olduğu bildirilir.

Hazırda hadisə yerinə xilasedicilər cəlb olunub.

Qeyd edək ki, Hümayun türbəsi Böyük Moğol imparatoru Sultan Hümayun öləndən 9 il sonra, onun həyat yoldaşı Həmidə Banu Bəyimin əmri ilə 1565 ildə tikilməyə başlanılıb, 1572 ildə isə tamamlanıb. Türbə 1993 ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib.

Seçilən
92
2
publika.az

3Mənbələr