"Mehriban Ələkbərzadə sosial media hesabında atasının Ziyadxanovlar nəslindən olduğunu iddia edib. Bununla bağlı Ziyadxanovlar nəslinin nümayəndələri ilə əlaqə saxladıq və onlar bildirdilər ki, bu iddia tamamilə ağ yalandır".
Bu barədə Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova bildirib.
Aktrisa iddia edib ki, teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə Ziyadxanovların heç bir qohumluq əlaqəsi və qan bağı yoxdur:
“Əgər əlində şəcərə sənədi varsa, ortaya qoysun! Çünki bu, ictimaiyyəti aldatmaq deməkdir!
Ziyadxanovlar nəslinin tanınmış iki nümayəndəsi var. Biri İsveçdə yaşayan musiqişünas alim, pianoçu və Dünya Azərbaycanlıları Konqresinin fəal üzvü Aydın Ziyadlı, digəri isə "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun prezidenti Valid Xan Ziyadlıdır. Onlar isə Mehriban Ələkbərzadəni tanımırlar".
Qeyd edək ki, Mehriban Ələkbərzadə sosial şəbəkədə mərhum atasının fotosunu paylaşaraq, "Ruhun şad olsun, Ziyadoğlulara son bağlantım, atam Zaur Abdula oğlu Ələkbərov", deyə yazıb.
Musavat.com