AZ

Millinin qapıçısı "Neftçi"də necə əzilir? - Bizə qalan o olacaq...

"Neftçi" yeni mövsüm üçün kapitanlarını ictimaiyyətə təqdim edib.

Samir Abasov əsas kapitan olaraq Emin Mahmudova sarğını geri qaytarıb.

Mahmudov ötən mövsüm kapitanlıq sarğısından məhrum olmuşdu.

Doğru, hətta bir qədər də gecikmiş qərardır. Bugünkü "Neftçi"də Mahmudov varsa, başqa kapitan müzakirə oluna bilməz.

Buna görə təcrübəli mütəxəssis təqdir oluna bilər.

Amma işin xoş olmayan tərəfi də var.

Emil Balayev və Kenan Piriç vitse-kapitan olaraq təyin olunub.

Bəs Rza Cəfərov?

Piriçin gətirilməsi ilə Cəfərovun ehtiyata gedəcəyi dəqiqdir.

Bəs heç 1 oyuna belə çıxmayan əcnəbi qolkiperə vitse-kapitanlığı həvalə edib, Cəfərovu kənarda saxlamaq nə dərəcədə ədalətlidir?

22 yaşlı kiper həm də milli komandamızın qapısını qoruyur.

Onu ən azı vitse-kapitan kimi saxlamaq olardı.

Bununla həm də ehtiyata göndərilməsi ilə qırılan könlünü xoş etmək pis olmazdı.

Gənc azərbaycanlını öncə heyətdən, ardınca sarğıdan məhrum etmək yüngül desək onu sındırmaqdır.

Ümid edək ki, çətin olsa da, Cəfərov bu münasibətin altında əzilməyəcək. Özündə güc tapıb, yoluna davam edə biləcək. Axı bizə qalan Kenan yox, Rza olacaq...

XANOĞLAN İMANOV

Seçilən
22
sportinfo.az

1Mənbələr