"Lill" Berke Özer transferini rəsmiləşdirib.
Fanat.az xəbər verir ki, Fransa təmsilçisi “Lill” Türkiyənin “Eyüpspor” klubundan qapıçı Berke Özeri transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.
Transferin maliyyə detalları da bəlli olub. “Lill” bu keçid üçün qarşı tərəfə 4,5 milyon avro transfer haqqı və əlavə olaraq 500 min avro bonus ödəyəcək.
Kamil Xudiyev