AZ

Rusiya müharibənin bitməsi üçün zəruri addımlar atmalıdır - Ukrayna Prezidenti

BAKI, AzerVoice, Səməd Əyyubov

Müharibəni bitirməyin vaxtı çatıb. Rusiya bu istiqamətdə zəruri addımlar atmalıdır.

AzerVoice xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu gün Alyaskada keçiriləcək görüşə münasibət bildirərkən deyib.

Zelenski qeyd edib ki, ordu rəhbərliyi ilə keçirdiyi iclasda cəbhə xəttindəki vəziyyət müzakirə olunub. Onun sözlərinə görə, Donetsk vilayətinin Dobropliya istiqamətində ağır döyüşlər davam edir və bölgənin müdafiəsinin gücləndirilməsi qərara alınıb.

Dövlət başçısı bildirib ki, Rusiya qüvvələri görüş ərəfəsində sahədə üstünlük qazanmağa çalışır, lakin bu prosesdə ciddi itkilər verir. Zelenski əlavə edib ki, müttəfiqlər real vəziyyət barədə məlumatlandırılıb.

O, Alyaskada keçiriləcək görüşün nəticələrindən müəyyən gözləntilərinin olduğunu vurğulayaraq, əsas məqsədin Ukrayna, ABŞ və Rusiya arasında ədalətli sülh yolunun açılması olduğunu qeyd edib. Çıxışının sonunda Zelenski ABŞ-a güvəndiklərini bir daha bəyan edib.

Xatırladaq ki, Tramp daha əvvəl avqustun 15-də Putinlə Alyaskada görüşəcəyini açıqlamışdı. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bu planı təsdiqləyərək, görüşün əsas mövzusunun Ukrayna münaqişəsinin uzunmüddətli sülh yolu ilə həlli variantları olacağını bildirmişdi.

Seçilən
36
turkic.world

1Mənbələr