BAKI. 15 avqust. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə start verilib.
Teleqraf-ın məlumatına görə, açılış oyunu Şamaxı şəhər stadionunda "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında baş tutub.
Yevlax şəhər stadionu hazırda təmirdə olduğu üçün görüş fərqli arenada keçirilib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə qalib müəyyənləşməyib - 1:1.