AZ

Putin Trampla görüş üçün Alyaskaya yola düşüb

Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə Maqadandan ABŞ Prezidenti Donald Trampla görüşün keçiriləcəyi Alyaska ştatının Ankoric şəhərinə uçub.

Bu barədə “Report” Rusiya KİV-ə istinadən xəbər verir.

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Maqadandan uçuş planlı olub və Rusiya Prezidentini daşıyan təyyarə Alyaskada yerli vaxtla düz 11:00-da eniş edəcək, Putini Donald Tramp qarşılayacaq.

Peskov qeyd edib ki, Alyaskaya uçuş zamanı Putin qarşıdan gələn sammitin müxtəlif mövzuları - Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərində gərginlik yaradan məsələlərə qədər materiallar üzərində işləyəcək.

Onun sözlərinə görə, bu, mümkün iqtisadi əməkdaşlıq layihələri, regional və beynəlxalq məsələlər daxil olmaqla, genişspektrli məsələlər toplusudur.

Seçilən
3
50
report.az

10Mənbələr