AZ

“Lion”un müdafiəçisi üçün danışıqlar aparır - “Qalatasaray”

“Lion”un sağ cinah müdafiəçisi Ensli Meytlend-Naylz karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, ingilis futbolçu “Qalatasaray”ın transfer hədəfinə çevrilib.

Türkiyə klubunun rəhbərliyi müdafiəçinin nümayəndələri ilə artıq transfer şərtlərini müzakirə edib.

“Qalatasaray” yaxın vaxtlarda “Lion”a rəsmi təklif verəcək. Meytlend-Naylzın özü də karyerasını Türkiyə çempionatında davam etdirməyin əleyhinə deyil.

27 yaşlı futbolçu 2024/25 mövsümündə 44 matçda iştirak edib, 1 qol vurub və 7 məhsuldar ötürmə verib.

Seçilən
3
sportinfo.az

1Mənbələr