AZ

Zelenski: Müharibəni bitirməyin vaxtı çatıb və Rusiya uyğun addım atmalıdır

Zelenski: Müharibəni bitirməyin vaxtı çatıb və Rusiya uyğun addım atmalıdır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu gün keçiriləcək görüşə münasibət bildirərək, “Müharibəni sona çatdırmağın vaxtı çatıb və Rusiya tərəfindən uyğun addımlar atılmalıdır” deyib.

Zelenski Telegram hesabında paylaşdığı məlumatda ordu rəsmiləri ilə görüş keçirdiyini bildirib.

Görüşdə cəbhə bölgəsindəki vəziyyətin müzakirə edildiyini qeyd edən Zelenski Rusiya hücumlarının dəf edilməyə davam edildiyini vurğulayıb.

Donetsk vilayətində yerləşən Dobropliya istiqamətində gedən ağır döyüşlərə toxunan Zelenski deyib ki, bu gün Donetsk istiqamətində bu və digər mövqelərin daha da gücləndirilməsi barədə qərar qəbul olunub.

Zelenski bildirib ki, Rusiya Tramp və Putin arasında keçiriləcək görüşdən öncə döyüş meydanında üstünlük qazanmağa çalışır.

Zelenski Tramp və Putinin keçirəcəyi görüşün hazırlıqları və nəticələri barədə məlumat gözlədiklərini qeyd edərək, “Əsas odur ki, bu görüş Ukrayna, ABŞ və Rusiya arasında ədalətli sülhə və mənalı danışıqlara aparan real yol açsın. Müharibəni sona çatdırmağın vaxtı çatıb və Rusiya tərəfindən uyğun addımlar atılmalıdır”, – deyə vurğulayıb.

Ukrayna Prezidenti Zelenski ABŞ-a güvəndiklərini də bildirib.

Seçilən
1
afn.az

1Mənbələr