AZ

Tramp Ukraynaya təhlükəsizlik təminatlarına “yaşıl işıq" yandırdı

Tramp Ukraynaya təhlükəsizlik təminatlarına “yaşıl işıq" yandırdı

ABŞ Prezidenti Donald Tramp Rusiyayla Ukrayna arasında sülh prosesinin həyata keçirilə bilməsi üçün Ukraynaya müəyyən təhlükəsizlik təminatlarının verilə biləcəyini bildirib.

ABŞ Prezidenti Tramp Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi sammit üçün Alyaskaya yola düşərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Tramp müharibəni dayandırmaq istiqamətində iradə göstərmədiyi təqdirdə Rusiyaya sanksiya tətbiq ediləcəyini yenidən bəyan edib.

Prezident Tramp ABŞ-ın Ukraynaya təhlükəsizlik təminatları verib-verməyəcəyi ilə bağlı sualı “Bəli, bu mümkündür. Avropa İttifaqı və bəzi digər ölkələrlə birlikdə verə bilərik. Amma bu, əlbəttə ki, NATO formatında olmayacaq” deyə cavab verib.

Tramp əlavə edib ki, Alyaskadakı görüşdə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsi də gündəmdə olacaq, lakin bu məsələdə qərarı Ukraynalıların verməli olduğunu deyib.

“Bu qərarı Ukraynanın verməsi lazımdır, düşünürəm ki, düzgün qərar verəcəklər. Mən Ukraynanın adından danışıqlar aparmaq üçün burada deyiləm. Mən onları danışıqlar masasına oturtmaq üçün buradayam” deyən Tramp, tərəflərin bu mövzuda danışıqlar aparacağını qeyd edib.

Rusiyanın dünən Ukraynaya pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi bildirilən hücumlarla bağlı şərh istəyinə cavab olaraq Tramp, “Ruslar bu şəkildə danışıqlar aparmağa çalışır. O (Putin) danışıqlar üçün zəmin hazırlamağa çalışır. Bunun daha yaxşı razılaşma əldə etməsinə kömək edəcəyini düşünür, amma əslində bu ona zərər verir” deyib.

Seçilən
0
afn.az

1Mənbələr