AZ

Makron və Zelenski Tramp-Putin görüşündən sonra görüşə razılaşdı

Makron və Zelenski Tramp-Putin görüşündən sonra görüşə razılaşdı

Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski telefon danışığı zamanı ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskada keçirəcəyi görüşdən sonra münasib bir vaxtda görüşmək barədə razılığa gəliblər.

Fransanın BFMTV kanalının məlumatına görə, Makron və Zelenski telefon vasitəsilə danışıq aparıblar.

Yelisey sarayından verilən açıqlamada bildirilir ki, iki lider Tramp və Putinin Alyaskadakı görüşündən sonra münasib vaxtda bir araya gəlmək barədə razılıq əldə ediblər.

Makron və Zelenski arasında görüşün harada və nə zaman keçiriləcəyi barədə məlumat verilməyib.

Xatırladaq ki, Almaniyanın ev sahibliyi ilə 13 avqustda keçirilən Ukrayna mövzusuna həsr olunmuş onlayn toplantıya Makronla yanaşı Tramp, Zelenski və Avropa liderləri də qatılmışdı.

Seçilən
0
afn.az

1Mənbələr