AZ

Əliyar Ağayev “İlin baş hakimi” seçildi

BAKI, 15 avqust. TELEQRAF

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev AFFA tərəfindən Tofiq Bəhramov adına təsis olunan “İlin baş hakimi” mükafatına layiq görülüb.

Teleqraf xəbər verir ki, mükafatlandırma mərasimi Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün ilk turunda keçirilən “Karvan-Yevlax” – “Qəbələ” oyununun startından əvvəl baş tutub.

“İlin köməkçi hakimi” nominasiyasının qalibi isə Zeynal Zeynalov olub. Hər iki mükafatı AFFA-nın baş hakimi Cahangir Fərəcullayev, tanınmış hakim Rüstəm Rəhimov və Hakimlər Komitəsinin sədri Frank De Bleker təqdim ediblər. Qaliblərə Tofiq Bəhramovun heykəlciyi və diplom təqdim olunub.

Mərasimdən sonra komandalar birlikdə xatirə fotosu çəkdiriblər.

Oyunçular meydana Peşəkar Futbol Liqasının himni sədaları altında daxil olub. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və mövsümün ilk matçına start verilib.

Seçilən
0
teleqraf.com

1Mənbələr