
Nyu-Yorkda dördüncü nəfər legionellyozdan (“legionerlər xəstəliyi”) dünyasını dəyişib. Bu barədə ABC telekanalı məlumat yayıb.Bildirilib ki, xəstəliyə səbəb olan bakteriya artıq 10 binadakı 12 soyuducu qüllədə aşkar edilib. Onların arasında şəhər xəstəxanası və bir klinika da var. Eyni zamanda, 11 qüllədə bakteriyaya qarşı tədbirlər görülüb.Legionellyoz — isti suda çoxalan Legionella bakteriyalarının törətdiyi təhlükəli pnevmoniya növüdür. Bu bakteriya insandan insana keçmir.İyulun sonunda Nyu-Yorkda “legionerlər xəstəliyi”nin yayılması barədə məlumat verilmişdi. Mütəxəssislər artıq şəhərdəki bütün su soyutma sistemlərindən nümunələr götürüb və test nəticəsi pozitiv çıxan binaların dezinfeksiya olunmasını tapşırıblar.Bu xəstəliyin ilk qeydə alınmış yayılması 1976-cı ildə Filadelfiyada olub. Həmin vaxt döyüş veteranlarının – legionerlərin qurultayında 200-dən çox iştirakçı xəstələnmişdi. Məhz bu hadisədən sonra xəstəliyə belə ad verilib.Ulusum.az
Diqqət Çəkənlər
Yazıçı Vüqar Tapdıqlı vəfat edib
Tramp və Putin Alyaskada Arktika və sanksiyaları müzakirə edə bilər
FHN-in Bakı Regional Mərkəzi təlim keçirib - VİDEO