"Anadolu Efes"in təcrübəli oyun qurucusu Şeyn Larkin gələcəkdən ümidlidir.
Offsideplus.az xəbər verir ki, ABŞ-lı basketbolçu yeni baş məşqçiləri İqor Kokoşkova da inanır:
"İqor Kokoskov hadisələri idarə etmək və hücumu formalaşdırmaq üçün NBA mentalitetinə malikdir. Onun haqqında çox adamla danışmışam. Dedilər ki, o, ən yaxşı hücum məşqçilərindən biridir.
Ötən mövsüm çətin və eniş-yoxuşlarla dolu idi. Son illərdə çox məşqçi və oyunçu dəyişiklikləri olub. Davamlılığı qorumaq üçün mübarizə aparmalıyıq.
Bu yay bir neçə oyunçu ilə müqavilə imzaladıq, lakin onlar çoxillik müqavilələr imzaladılar. İ. Kokoşkov da 3 illik müqavilə imzalayıb. Ümid edirəm, hamımız bir layihə uğrunda cəmləşib onu qura bilərik”.