Ötən mövsümün ən yaxşı baş hakimi seçilən Əliyar Ağayev və ən yaxşı köməkçi hakim adına layiq görülən Zeynal Zeynalov mükafatlandırılıblar.
QOL.az xəbər verir ki, mükafat onlara Premyer Liqanın 1-ci turunun “Karvan” - “Qəbələ” matçından öncə təqdim edilib.
Ə.Ağayev cə Z.Zeynaloba mükafatı keçmiş hakim Rüstəm Rəhimov və AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker verib.