AZ

Tramp ən müasir qırıcıları Alyaskaya göndərdi Putinin gəlişinə fövqəladə hazırlıq

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Newsweek” jurnalının məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları Rusiya Prezidenti Vladimir Putinin təyyarəsini Alyaskaya yaxınlaşarkən müşayiət edəcək.

Kanada Kral Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru, əvvəllər Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) komandir müavini vəzifəsində çalışmış Skott Klensi bildirib ki, Alyaskada ABŞ-nin iki böyük hərbi bazası - Putinlə görüşün keçiriləcəyi Elmendorf-Riçardson və Fairbanks yerləşir.

Onun sözlərinə görə, bu bazalarda beşinci nəsil F-22 və F-35 qırıcıları, həmçinin uzaqmənzilli radiolokasiya aşkarlama təyyarələri E-3 AWACS mövcuddur. Klensi ehtimal edib ki, Putin Alyaskaya Rusiya Hərbi Hava Qüvvələrinin qırıcıları olmadan yollana bilər, lakin Rusiya təyyarələri prezidentin olduğu bortu ABŞ-nin hava hücumundan müdafiə identifikasiya zonasına və ya dövlət sərhədinə qədər müşayiət edə bilər.

“Flightradar24” portalının məlumatına əsasən, ABŞ iki strateji bombardmançı B-2 Spirit təyyarəsini Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson bazasına göndərib. Məhz burada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

Xəbərdə həmçinin qeyd olunur ki, Donald Tramp artıq Alyaskaya yola düşüb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
26
azpolitika.info

10Mənbələr