AZ

ABŞ Rusiya sammiti: Alyaskaya əvvəlcə Tramp gələcək və Putini şəxsən özü qarşılayacaq

ain.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp ilk olaraq Alyaska sammitinin keçiriləcəyi yerə gələcək və Rusiya Prezidenti Vladimir Putini uçuş-eniş zolağında şəxsən özü qarşılayacaq.

Oxu.Az xəbərinə görə, bu barədə ABŞ-nin Alyaska ştatının qubernatoru Mayk Danlivi "Fox News"a müsahibəsində görüş protokolunun təfərrüatını açıqlayarkən məlumat verib.

"Prezident bazaya gələcək, sonra Rusiya prezidentinin təyyarəsi enəcək və Prezident (Tramp) Rusiya prezidentini Alyaskada qarşılamağa hazır vəziyyətdə uçuş-eniş zolağında olacaq", - deyə Danlivi bildirib.

O əlavə edib ki, hər şey "kifayət qədər tez" baş verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
oxu.az

1Mənbələr