AZ

Bakıdakı bu ünvanlarda yerləşən abidələr təmir olunacaq - ÜNVANLAR

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən elan edilən tenderin nəticələri açıqlanıb.

Bu ərazilərdə yerləşən köçkün evləri təmir ediləcək - TENDER ELANI

FED.az xəbər verir ki, sözügedən tender Bakı şəhərində yerləşən tarix və memarlıq abidələrinin mühafizəsi məqsədilə keçirilib. Tender abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətini əhatə edir.

Tenderin qalibi "BİMD" QSC (VÖEN: 1504373601) olub. Qalib şirkətə 316 000 AZN ödəniş ediləcək.

Tender çərçivəsində aşağıdakı ünvanlarda yerləşən abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işləri aparılacaq: 

  • Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 48

  • Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 144

  • Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, 68

  • Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 101

Qeyd edək ki, "BİMD" QSC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vüsalə Həbibova Əmirxan qızıdır. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 8 ünvanında yerləşir. 

Seçilən
7
fed.az

1Mənbələr