AZ

"Qarabağ"ın qarşısını almaq çox çətin idi" - “Şkendiya”nın müdafiəçisi

"Nəticə bizi çox məyus etdi.

Qarşımızda güclü rəqib var idi və biz istədiyimiz oyunu nümayiş etdirə bilmədik".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a iki oyunun nəticəsinə əsasən 1:6 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Şkendiya"nın (Şimali Makedoniya) futbolçusu İmran Fetai deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən ikinci matçda (5:1) müdafiədə edilən bir sıra səhvlər Azərbaycan çempionunun asanlıqla qol imkanları yaratmasına səbəb olub:

“Matçın əvvəlindən etibarən təzyiq hiss olunurdu. “Qarabağ” çox sürətli və texnikalı hücumlar qururdu, onların qarşısını almaq çətin idi.

İlk hissədə oyuna nəzarəti ələ keçirə bilmədik və bu, matçın taleyinə təsir etdi. Hücum xəttində istədiyimiz qədər effektiv ola, şanslarımızı isə dəyərləndirə bilmədik.

Bəzi məqamlarda komanda olaraq koordinasiyasız oynadıq. Meydanda daha aqressiv və diqqətli oynamalı idik.

Azarkeşlərimiz bizdən daha yaxşı nəticə gözləyirdi, amma bu dəfə alınmadı”.

Müdafəçi qarşılaşmanın həm özü, həm də komandası üçün yaxşı təcrübə olduğunu bildirib:

“Səhvlərimizdən dərs çıxaracağıq. Növbəti görüşlərdə bu səhvləri təkrarlamamağa çalışacağıq.

Ümid edirəm ki, gələcək qarşılaşmalarda həm öz oyunum, həm də komandanın çıxışı daha yaxşı olacaq.”

“Qarabağ” pley-off mərhələsində Macarıstan “Ferensvaroş”u ilə qarşılaşacaq.

Seçilən
1
sportinfo.az

1Mənbələr