AZ

Klubu ilə yenidən anlaşdı

Patrik Şik “Bayer-04” ilə müqaviləsini yeniləyib.

Almaniya klubunun mətbuat xidmətinin məlumatına görə, Çexiya millisinin hücumçusu ilə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb. Şikin “Bayer-04” ilə əvvəlki müqaviləsinin müddəti 2027-ci ilə qədər idi.

29 yaşlı futbolçu ötən mövsüm bundesliqada 31 matçda 21 qol vuraraq çempionatın 2-ci ən yaxşı bombardiri olub.

Seçilən
16
1
football-plus.az

2Mənbələr