AZ

Nazir mayoru Naxçıvanda idarə rəisi təyin etdi - FOTO

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. 

Milli.Az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət mayoru Ramil Eminov sözügedən idarənin rəisi təyin olunub. 

Qeyd edək ki, Ramil Eminov bundan əvvəl Bakıda FHN-nin Dövlət Yanğın 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru və digər vəzifələrdə çalışıb. 

Xatıradaq ki, bundan əvvəl İlqar Qocayev Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
49
14
milli.az

10Mənbələr