Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) üçün aviabiletlər almaqla bağlı tenderinə yekun vurub.
Şirkətlə Universitet arasında əldə olunmuş anlaşmaya əsasən aviabiletlərin alınmasına 159 min manat xərclənəcək.
Qeyd edək ki, “RR Travel Company” MMC turizm şirkətidir və əsasən xarici ölkələrə turizm səfərlərinin təşkili üzrə ixtisaslaşıb. “RR Travel Company” MMC “RR Group of Companies” MMC-yə bağlı olduğu bildirilir. Nizamnamə kapitalı 40 manat olan “RR Group of Companies” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin sahibi Qarayev Rafiq Hümbət oğludur.
Xatırladaq ki, ADNSU-nun rektoru Rüfət Əzizovdur.