"Beşiktaş" klubu "Schalke 04" klubunun gənc sağ cinah müdafiəçisi Taylan Bulut ilə anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub oyunçunu tibbi müayinədən keçirmək üçün İstanbula dəvət edib.
Bildirilib ki, Taylanın transferi üçün "Beşiktaş" "Schalke 04" klubuna təxmini olaraq 5-6 milyon avro transfer haqqı ödəyəcək.
Xatırladaq ki, o, ötən mövsüm "Schalke 04" klubunda 26 matça çıxıb 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ