ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA avrokubok oyunlarından birində hakimi təhqir etdiyi və fiziki təzyiq göstərdiyi üçün "Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turana qarşı intizam tədbirləri tətbiq edəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, UEFA-nın İntizam Komitəsi baş məşqçi ilə bağlı yekun qərarını növbəti günlərdə açıqlayacaq.
Qeyd edək ki, görüşün 82-ci dəqiqəsində baş hakim Daniel Zibert "Şaxtyor Donetsk"in futbolçusu Oleq Oçeretkoya qırmızı vərəqə göstərib. Arda Turan isə referinin qərarına əsəbiləşib. O, hakimlə mübahisə edib. Arda Turan bu hərəkətlərinə görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Hakimin verdiyi cəza baş məşqçini daha da qəzəbləndirib. O, hakimə hücum edib. Ukrayna təmsilçisinin texniki heyətində yer alan bir şəxs vəziyyətə müdaxilə edib. Bununla da mübahisə başa çatıb.
Xatırladaq ki, "Şaxtyor Donetsk" - "Panatinaikos" matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Bu komandalar arasında ilk oyunda da heç-heçə qeydə alındığı (0:0) üçün penaltilər seriyası oynanılıb. Burada isə Yunanıstan klubu daha dəqiq olub (4:3) və mərhələ adlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.