AZ

Marandiçi bu il yaşıl meydana dönə bilməyəcək

Ötən il dekabrın 3-də ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” oyunu meydan sahiblərini təkcə nəticəyə yox, həm də Pavol Şafranko ilə toqquşmada ayağı sınan Denis Marandiçiyə görə üzdü.

Bölgə klubundan vaxtaşırı verilən açıqlamalarda moldovalı sol cinah müdafiəçisinin bərpa prosesinin uğurlu getdiyi deyilsə də, heç də belə deyilmiş. Belə ki, bərpa prosesinə tamamlanana yaxın Marandiçi yenidən zədələnib. İndi isə onun daha 4 ay yaşıl meydana çıxa bilməyəcəyi ilə bağlı xəbərlər var. Belə ki, biz Denisi 2025-ci ildə bir daha yaşıl meydanda görə bilməyəcəyik.

Yeri gəlmişkən, onun müalicəsi vətəndən kənarda davam edir.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
23
1
football-plus.az

2Mənbələr