AZ

Çin: BMT Təhlükəsizlik Şurası İranla yeni nüvə sazişinin bağlanmasına kömək etməlidir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

BMT Təhlükəsizlik Şurasının İranın nüvə problemi ilə bağlı atdığı addımlar yeni sazişin əldə olunmasına şərait yaratmalı, sanksiyalar isə danışıqların bərpasına mane olmamalıdır.

Bizimyol.info xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian Avropa İttifaqının Tehrana qarşı sanksiyalar tətbiq etməsinin qarşısını almaq məqsədilə İranın Rusiya və Çin nümayəndələri ilə təmasda olması barədə məlumatları şərh edərkən bildirib.

“Çin həmişə İranın nüvə probleminin siyasi-diplomatik yollarla sülh yolu ilə həllini dəstəkləyib və BMT Təhlükəsizlik Şurasının “sanksiyaların sürətli bərpası” mexanizminin işə salınmasına qarşı çıxıb. Biz hesab edirik ki, belə bir addım tərəflər arasında etimadın güclənməsinə və fikir ayrılıqlarının aradan qaldırılmasına xidmət etmir, eyni zamanda danışıqların bərpasına yönəlmiş diplomatik səyləri də zəiflədəcək. Hazırkı mərhələdə BMT Təhlükəsizlik Şurasının istənilən addımı yeni sazişin bağlanmasına xidmət etməlidir, əksinə yox”, – deyə Çin diplomatının ÇXR XİN-in rəsmi saytında yayımlanan bəyanatında qeyd olunub.

Qeyd edək ki, daha əvvəl “Axios” portalı adları açıqlanmayan mənbələrə istinadən məlumat vermişdi ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla yeni nüvə sazişinin bağlanması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonunu müəyyənləşdiriblər. Əgər bu müddətədək razılaşma əldə olunmasa, “Avropa üçlüyü” (Almaniya, Fransa və Böyük Britaniya) 2015-ci ildə əldə olunmuş razılaşmalar əsasında ləğv olunmuş BMT sanksiyalarının bərpası üçün “snapback” mexanizmini işə salmağı planlaşdırır.

6 avqust tarixində İranın xarici işlər naziri Abbas Əraqçi isə bu mexanizmin işə salınmasının Tehran üçün nəticələrinin şişirdildiyini bildirmişdi.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
bizimyol.info

1Mənbələr