ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"Neftçi"nin qapıçısı Rza Cəfərov "Araz-Naxçıvan"da çıxış edəcək.
Oxu.Az Azerisport.com-a istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi artıq bu yöndə hərəkətə keçib və Bakı təmsilçisinə müraciət edib.
Azərbaycan millisinə davamlı şəkildə dəvət almaq istəyən Rzanın özü də müntəzəm oynayacağı kluba keçməkdə maraqlıdır.
Xatırladaq ki, Rzanın daha öncə "Dinamo Buxarest" klubuna keçmək variantı olsa da, transfer baş tutmayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.