AZ

Azərbaycanda anbarlarda qalan minik avtomobilləri 8 dəfə azalıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 2 min 292 ədəd minik avtomobili istehsal edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 232 ədəd və ya 9,2% azalıb.
2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 2 524 ədəd təşkil edib.
1 avqust 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 47 ədəd təşkil edib ki, bu da illik müqayisədə 326 ədəd və ya 7,9 dəfə azdır.
Ötən ilin eyni dövründə hazır minik avtomobili ehtiyatı 373 ədəd olub.

Seçilən
4
fed.az

1Mənbələr