AZ

Azərbaycanda traktor istehsalı 12%-dən çox aşağı düşüb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 309 ədəd traktor istehsal edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə traktor istehsalı 43 ədəd və ya 12,2% azalıb.
2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 352 ədəd təşkil edib.
1 avqust 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 9 ədəd təşkil edib ki, bu da illik müqayisədə 2 ədəd və ya 18,2% azdır.
Ötən ilin eyni dövründə hazır traktor ehtiyatı 11 ədəd olub.

Seçilən
7
fed.az

1Mənbələr