AZ

Alyaskaya Trampla birlikdə kimlər uçurlar? Ağ Ev nümayəndə heyətinin yenilənmiş tərkibini açıqladı

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ağ Ev Rusiya ilə Alyaskada keçiriləcək sammit üçün ABŞ nümayəndə heyətinin yenilənmiş tərkibini açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ağ Evdən məlumat verilib.

Məlumata görə, ABŞ Administrasiyasının rəhbəri Donald Trampı Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Ankoric səfərində ABŞ dövlət katibi Marko Rubio, maliyyə və ticarət nazirləri Skott Bessent və Hovard Latnik, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklisf və xüsusi nümayəndə Stiven Uitkoff müşayiət edəcəklər.

Bundan əlavə, Trampın nümayəndə heyətinə ABŞ protokolunun rəhbəri Monika Krouli, Ağ Evin əməkdaşlar aparatının rəhbəri Syuzan Uayls, onun müavinləri Ceyms Bler, Bo Harrison, Den Skavino, kommunikasiyalar üzrə direktor, ABŞ prezidentinin katibi və köməkçisi Stiven Çunq, Karolin Levitt və Nik Luna da daxildirlər. Nəhayət, Trampın spiçrayteri (siyasi və ictimai xadimlərin, yüksəkrütbəli dövlət məmurlarının çıxışlarını yazan mütəxəssis, nitq müəllifi - red.) Ross Uortinqton və köməkçisi, Ağ Evin əməkdaşlar aparatının məsul katibi Uill Şarf onunla birlikdə Ankoricə uçurlar.

Qeyd edək ki, daha əvvəl ABŞ tərəfini Prezident Donald Tramp, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, xüsusi nümayəndə Stiv Uitkoff və maliyyə naziri Skott Bessent təmsil edəcəyi bildirilmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
oxu.az

1Mənbələr