AZ

Dənizlə daşınan yüklərin 48%-dən çoxu neftin payına düşüb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 5 395 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 10% artıb.

Hava nəqliyyatı ilə yükdaşıma azalıb

Bu barədə FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən,hesabat dövründə daşınmış yüklərin 48,2%-ni neft yükləri təşkil edib.

“Dəniz limanları tərəfindən 7 906,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 6 399 min tonunu və ya 80,9 faizini tranzit yüklər təşkil edib. 2025-ci il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 338,6 min ton olub”, - hesabatda qeyd olunur.

Qeyd olunur ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5,7% azalaraq 14,8 min nəfər olub.

Seçilən
2
8
fed.az

9Mənbələr