Azərbaycanda bu ilin yanvar-iyul aylarında hava nəqliyyatı ilə 2 282 min və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz çox sərnişin daşınıb.
Dəmir yolu nəqliyyatı ilə sərnişin daşımaları 20%-dən çox artıb
Bu barədə FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, hesabat dövründə daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
“Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 4,2% azalaraq 223,5 min ton olub”, - hesabatda qeyd olunur.