ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Rusiya İranla kiçik modul tipli atom elektrik stansiyalarının (AES) tikintisi ilə bağlı danışıqlar aparır və gələcəkdə müvafiq sazişlərin bağlanacağına ümid edir.
Oxu.Az-ın xəbərinə görə, bu sözləri "Rosatom" dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçyov "Rossiya-1" telekanalına müsahibəsində deyib.
O xatırladıb ki, İran 2025-ci ilin əvvəlində Rusiyaya nüvə enerjisi sahəsində əməkdaşlıq gündəliyini genişləndirməyi, həmçinin kiçik modul tipli AES-lərin tikintisini də müzakirələrə daxil etməyi təklif edib.
"Danışıqlar gedir. Ümid edirəm ki, gec-tez belə sazişlər bağlanacaq", - deyə Lixaçyov bildirib.
Bundan əlavə, o vurğulayıb ki, Rusiya İranın nüvə problemi adlandırılan məsələnin həlli prosesində həmişə fəal iştirakçı olub, həmçinin birgə hərtərəfli fəaliyyət planının formalaşması və işə salınması zamanı Moskva Tehrana texniki və diplomatik dəstəyin verilməsində əsas rol oynayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.