AZ

Tramp Putinlə sammitöncəsi qeyri adi açıqlama verdi

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə çoxdan gözlənilən görüş üçün Alyaskaya uçuşu ərəfəsində qısa, lakin son dərəcə emosional paylaşım edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı paylaşımı o, özünün "Truth Social" şəbəkəsində edib.

"Stavkalar yüksəkdir!!!" - Tramp böyük hərflərlə yazıb və bununla da qarşıdan gələn danışıqların müstəsna əhəmiyyətini vurğulayıb.

Bu lakonik yazı Alyaskanın simvolik əhəmiyyət daşıyan ən böyük şəhəri olan Ankoricdə keçiriləcək sammit ərəfəsində paylaşılıb. Görüş yerinin seçilməsi təsadüfi deyil: vaxtilə Rusiya imperiyasına məxsus olan və 1867-ci ildə ABŞ-yə satılan Alyaska bu gün potensial tarixi dialoq platformasına çevrilir.

ABŞ prezidenti Rusiya lideri ilə birbaşa danışıqlara başlamazdan əvvəl özünəməxsus tərzdə növbəti açıqlama verib. Mesajın qısalığına baxmayaraq, o, artıq siyasi dairələrdə və Trampın mesajının əsl mənasını deşifrə etməyə çalışan beynəlxalq analitiklər arasında müzakirə dalğasına səbəb olub.

Ankoricdə keçiriləcək sammit, xüsusən də gərgin beynəlxalq kontekstdə Rusiya-ABŞ münasibətlərində dönüş nöqtəsi ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
oxu.az

2Mənbələr