AZ

"İndi ailənin müqəddəsliyi və dəyəri azalıb, ehtişamı sınıb"- Mail Yaqub

"Az qala nikahla boşanma sayı nisbəti 50% olub".

Bu fikri pedoqoq-sosioloq Mail Yaqub Missiya.Az-a deyib.

Sosioloq təəssüf hissi ilə ifadə edib ki, boşanmaların sayı son illərdə kəskin artıb. Yəni bağlanan nigah sayı ilə boşanmaların sayını müqayisə etsək boşanmaların sayı 50% təşkil edir və bu bizim cəmiyyətə yaraşmayan rəqəmdir:

"Burada bir neçə səbəb var və əsas səbəblərdən  biri insanların həyata baxışının dəyişməsidir. Bu tendensiya da təxminən 30, 40 il bundan öncə Avropada başlayıb. Orada ailələr demək olar ki, nigaha girmirlər, həmçinin boşanmaların sayı da həddən artıq çoxdur. Artıq bizdə də eyni hal özünü göstərir. Müasir insan səbirsizləşib və qarşısındakına dözə bilmir, rahatlıq axtarır". 

Mail Yaqub qeyd edib ki, həyat dəyişib, eləcə də, həyata baxış da onun fövqündə eyni hal alıb. Sadə bir konfliktlə insanlar boşanırlar. Halbuki əvvəllər belə deyildi və hər iki tərəf bir-birinə dözürdü. İndi ailənin müqəddəsliyi və dəyəri azalıb, ehtişamı sınıb:

"Bunu insanlara çatdırmaq lazımdır ki, adi bir incikliklə boşanmaq olmaz. Ailənin dəyərini və hörmətini qoruyub saxlamaq lazımdır. Məsələn, bunu mənə dostlarım deyirlər ki,(instaqramda tez-tez hammının qarşısına çıxır) platform doludur 1 yaxud 2 aylıq mebel elanları ilə yəni bu dəstlər cəmi 1 ay işlədilib. 1 aydan sonra bir ailə boşanma həddinə gedibsə, burada heç bir ciddi səbəbdən söhbət gedə bilməz və hamısı da qeyri-ciddi səbəblər. Ən azından hamısı olmasa da mütləq əksəriyyəti belədir. Ona görə də, biz dayanmadan insanlarımızın psixologiyası üzərində işləməliyik ki, onların ailəyə və həyata baxışını dəyişək",- M.Yaqub əlavə edib.

İlahə Qənbərli Missiya.Az

Seçilən
2
missiya.az

1Mənbələr