Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 2min 533,5 kq gümüş istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə gümüş istehsalı 626,7 kq və ya 32,9% artıb.
2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 1 906,8 kq təşkil edib.
1 avqust 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 577,3 kq təşkil edib ki, bu da illik müqayisədə 17,1 kq və ya 3,1% artımdır.
Ötən ilin eyni dövründə hazır gümüş ehtiyatı 560,2 kq olub.