AZ

Dəniz nəqliyyatı ilə yükdaşımalar 10% artıb

Bakı. Trend:

Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyul aylarında daşınmışyüklərin həcmi 5,4 milyon ton təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünənisbətən 10 faiz artıb.

Yüklərin 48,2 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 7,9 milyon ton həcmindəyükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6,4 milyontonunu və ya 80,9 faizini tranzit yüklər təşkil edib.

2025-ci il avqust ayının 1-i vəziyyətinə limanlarda qalanyüklərin həcmi 338,6 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı2024-cü ilin müvafiq dövrünə nisbətən 5,7 faiz azalaraq 14,8 minnəfər olub.

Seçilən
1
1
az.trend.az

2Mənbələr