2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 48,9 min yeni iş yeri açılıb.
Azərbaycanda kafe və restoranların gəlirləri 1,5 milyard manata çatdı
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 92,1 faizi qeyridövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 74,7 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 24,2 faizi digər regionların, o cümlədən 8,3 faizi Abşeron-Xızı, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,3 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Qarabağ, 1,4 faizi Lənkəran-Astara, 1,1 faizi Mərkəzi Aran, 1,1 faizi Şərqi Zəngəzur, 1,0 faizi ŞirvanSalyan, 0,8 faizi Qazax-Tovuz, 0,5 faizi Dağlıq Şirvan və 0,5 faizi Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 10,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 1,1 faizi isə digər tədbirlər üzrə yaradılıb.