AZ

Magistral neft kəmərləri ilə nəqletmə 5%-dən çox azalıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında magistral neft kəmərləri ilə 21,5milyon ton neft nəql edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2milyon ton və ya 5,3% azdır.

Nəqletmənin 75 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri iləhəyata keçirilib və cari ilin yanvar-iyul ayları ərzində bu kəmərvasitəsilə 16,2 milyon ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,6 faizini vəya 13,5 milyon tonunu Azərbaycanda hasil edilən neft, 16,4 faizinivə ya 2,6 milyon tonunu isə Türkmənistan və Qazaxıstandan daxilolan neft təşkil edib.

Seçilən
34
40
az.trend.az

10Mənbələr